Paşinyanın daha bir yalanı: "İşsizlik tarixi minimuma çatıb"

   Paşinyanın daha bir yalanı:    "İşsizlik tarixi minimuma çatıb"
  01 Dekabr 2022    Oxunub:606
Əmək bazarında işçi çatışmazlığı var. İşsizlik səviyyəsi isə tarixi minimuma çatıb.
AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

“Biz özəl sektordan müəyyən siqnallar alırıq ki, onların kadr tapmaqda problemləri var”, - baş nazir qeyd edib.

Əmək və sosial məsələlər naziri Narek Mkrtçyan isə qeyd edib ki, 2022-ci ilin birinci rübündə ölkədə işsizlik səviyyəsi 14,8% təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,9% aşağıdır.

Qeyd edək ki, Paşinyanın bu açıqlaması birmənalı qarşılanmayıb. Müxalif media ölkədə iş tapmaqda çətinlik çəkən xeyli sayda peşəkar kadrların işsiz qaldığını yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti