Qubernator İrəvanın dezinformasiyalarını ifşa etdi: "Azərbaycanlılar bizə atəş açmırlar"

  Qubernator İrəvanın dezinformasiyalarını ifşa etdi: "Azərbaycanlılar bizə atəş açmırlar"
  01 Dekabr 2022    Oxunub:3564
Xəbər verdiyimiz kimi son günlər Ermənistanın Müdafiə Nazirliyi mütəmadi olaraq dezinformasiyalar yayır. Azərbaycan ordusunun guya qarşı tərəfə atəş açması, hətta mülki obyektləri hədəf alması barədə rəsmi açıqlamalar səslənir.
Bu gün isə elə Ermənistan rəsmilərindən biri bu informasiyaları yalanlayıb. AzVision.azxəbər verir ki, Vayots Dzor vilayətinin qubernatoru Ararat Qriqoryan jurnalistlərə verdiyi açıqlamada deyib ki, azərbaycanlı hərbçilər yaşayış məntəqələri istiqamətində atəş açmırlar.

Müdafiə Nazirliyi: "Ermənistanın yaydığı məlumat yalandır"
“Cermuk istiqamətində heç bir gərginlik yaşanmır. Bəlkə də həbçilərin dayandığı mövqelərə doğru hansısa atışlar ola bilər və s. Sadəcə olaraq ictimaiyyətimizə bildirmək istəyirəm ki, azərbaycanlılar özəri üçün havaya atəş aça bilərlər. Amma mövqelərimiz istiqamətində elə bir atışlar olmayıb ki, gərgin vəziyyət yarana və bu bizi əlavə tədbirlər görməyə məcbur etsin. Cermukda belə bir durum yaranmayıb”, - qubernator parlamentdə jurnalistlərə deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Qubernator   Atəş  





Xəbər lenti