"Zəngəzur dəhlizinin açılması Ağrı şəhərinin əhəmiyyətini artıracaq" - Ərdoğan

   "Zəngəzur dəhlizinin açılması Ağrı şəhərinin əhəmiyyətini artıracaq" -    Ərdoğan
  01 Dekabr 2022    Oxunub:1002
Zəngəzur dəhlizinin açılması ilə Türkiyənin Ağrı şəhərinin əhəmiyyəti artacaq.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ağrı Hamur-Tutak-Patnos Dövlət Yolunun Açılışı zamanı çıxış edərkən bildirib.

"Azərbaycanlı qardaşlarımızın torpaqlarının uzun illər işğal altında qalmasının görməzdən gəlinməsinin səbəbi bəzi ölkələrin səssizliyidir.

Zəngəzur dəhlizinin açılması ilə Türkiyənin Ağrı şəhərinin əhəmiyyəti artacaq. Bunun üçün ölkəmizdə də sabitliyin olması vacibdir. Terror problemi Türkiyənin mövcud resurslarından istifadə etməsinə mane olurdu. Artıq bu dövr geridə qaldı", - deyə Ərdoğan əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti