Ermənistanda qəzaya uğrayan təyyarə Həştərxana uçurmuş

   Ermənistanda qəzaya uğrayan təyyarə    Həştərxana uçurmuş
  01 Dekabr 2022    Oxunub:732
Xəbər verdiyimiz kimi bu gün Ermənistanda təyyarə qəzası baş verib. Mülki Aviasiya Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, şəxsi yüngül təyyarə İrəvanın Zvartnots hava limanından Həştərxana uçurmuş.
"BeechCraft 95" modeli olan təyyarə havaya qalxandan sonra, saat 13:11-də radardan itib. Onun qalıqları saat 14:20-də aşkar edilib. Komitə hələlik məlumatların toplanmasını həyata keçirir.

Ermənistanda təyyarə qəzası olub: Ölənlər var
Hadisə yerində yalnız iki yanmış cəsəd tapılıb. Təyyarə əkin sahəsinə düşüb və heç bir binaya və ya infrastruktura ziyan dəyməyib. Qeyri-rəsmi məlumatlara görə, ekipaj üzvləri Sloveniya vətəndaşları olublar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Təyyarə   Qəza   Ermənistan  





Xəbər lenti