Moskva Əsədlə Ərdoğanın görüşünün təşkili üzərində işləyir

   Moskva Əsədlə Ərdoğanın görüşünün təşkili üzərində işləyir
  02 Dekabr 2022    Oxunub:677
Moskva Suriya və Türkiyə prezidentlərinin Rusiyada görüşünün təşkili üzərində işləyir. Bu barədə cümə günü Rusiya prezidentinin Suriya üzrə nümayəndəsi Aleksandr Lavrentyev bildirib.
Onun sözlərinə görə, prezidentlərin Rusiya Federasiyasında görüşünün mümkünlüyü “həmişə mövcuddur” və Moskva bunu dəstəkləyir.

"Bir daha deyirəm - Türkiyə bunu nəzərdən keçirməlidir. Biz belə bir görüşün ümumilikdə müsbət və faydalı olacağına inanırıq və biz bu istiqamətdə işləyirik", - Lavrentyev əl-Ərəbiyyə telekanalına müsahibəsində deyib.

Diplomatın sözlərinə görə, Moskva hiss edir ki, Türkiyə prezidenti Türkiyə ilə Suriya arasında yaxınlaşma istəyir.

Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan suriyalı həmkarı Bəşər Əsədlə görüşünün mümkünlüyünü açıqlamışdı. Bundan sonra Türkiyənin “Hürriyyət” qəzetinin iqtidar dairələrinə yaxın köşə yazarı Abdulkadir Selvi prezidentlərin görüşünün Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Rusiyada baş tuta biləcəyini bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti