Almaniya Ukraynaya daha 7 “Gepard” zenit qurğusu göndərəcək

   Almaniya Ukraynaya daha 7 “Gepard” zenit qurğusu göndərəcək
  02 Dekabr 2022    Oxunub:596
Almaniya gələn il Ukrayana 7 ədəd “Gepard” özüyeriyən zenit qurğusu göndərəcək.
AzVision.az xəbər verir ki, bu barədə “Spiegel” məlumat yayıb.

Əldə olunan məlumata görə, “Krauss-Maffei Wegmann” şirkəti hazırda hərbi texnikanın təmiri ilə məşğuldur və təmir başa çatdıqdan sonra zenit qurğuları Ukraynaya göndəriləcək.

Əlavə olunub ki, Ukraynaya göndərilən qurğular bu qəbildən olan texnikanın alman hərbi sənayesinin anbarlarında qalan son nümunələridir.

AzVision.az



Teqlər:





Xəbər lenti