Şalvar tapmayan erməni generallar müzakirələrə səbəb oldu - FOTO

   Şalvar tapmayan erməni generallar müzakirələrə səbəb oldu -    FOTO
  03 Dekabr 2022    Oxunub:1120
Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasından olan deputatı Tiqran Abramyan sosial şəbəkələrdə maraqlı və diqqət çəkən paylaşım edib.
AzVision.az xəbər verir ki, deputat ordularında xaosun, hərbi məsələlərə qeyri-ciddi yanaşmanın hələ də davam etməsindən gileylənib.

"3 günə 600 qurban verdik, Şuşaya 4 noyabrda girdilər" - Erməni general
“Hərbi nizam-intizamdan danışırlar. Bu fotoda hər şey ifadə olunub.
Ön planda müdafiə nazirinin “uniforması” ilə yanaşı, Silahlı Qüvvələrin Baş Qərargah rəisi də daxil olmaqla üç yüksək rütbəli hərbçi diqqət çəkir. Onların müxtəlif səliqəsiz geyim formalarında olması bir yana, çiyinlərindəki rütbələri də hərəsi bir yana əyilib, qarışıqdır. Hətta hərbi şalvarları belə gödəkçələrindən tam fərqlidir. Nizam-intizam vahid və səliqəli formadan, zahiri görkəmdən, düzgün geyimdən başlayır.
Mən hələ arxa planda olanları, onların müxtəlif geyimlərə üstünlük vermələrini demirəm" - Abramyan erməni ordusunda intizamsızlığın rəhbər səviyyədə olmasından gileylənib.

Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan bu foto gülüş hədəfinə çevrilib. Hətta bəzi siyasi fəallar ordu rəhbərlərini lağa qoyaraq "bəlkə həyəcan siqnalı veriləndən sonra tələsik bir-birinin şalvarını geyiniblər?", "Nə etsinlər. dəst forma ala bilmirlər deyə, əvvəlki şalvarlarını geyinirlər" kimi fikirlər yazıblar.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Ordu   Geyim  





Xəbər lenti