ABŞ-ın 6-cı nəsil strateji bombardmançı təyyarəsi - VİDEO
![ABŞ-ın 6-cı nəsil strateji bombardmançı təyyarəsi - VİDEO ABŞ-ın 6-cı nəsil strateji bombardmançı təyyarəsi - VİDEO](https://azvision.az/photos/2022/12/1670053186391461613_1000x669-1670056253.jpg)
“Stels” texnologiyası ilə təchiz olunan yeni təyyarə dünyada ilk altıncı nəsil bombardmançıdır. O, həm adi silahlar, həm də nüvə silahı daşıya bilir. Təyyarə, eyni zamanda “bulud texnologiyaları” ilə işləyir ki, bu da döyüş tapşırıqlarının yerinə yetirilməsinə nəzarət etmək üçün onun “rəqəmsal əkizini” yaratmağa imkan verir.
“B-21 Raider” təyyarəsinin 2023-cü ildə havaya qalxacağı gözlənilir. Həmin bombardmançıların ilk dislokasiya yeri Hərbi Hava Qüvvələrinin Cənubi Dakota ştatındakı “Ellsworth” bazası olacaq. Sonradan onlar Missuri ştatındakı “Uaytmen” və Texas ştatındakı “Dayse” aviabazalarına köçürüləcək.
AzVision.az
Teqlər: