"Bu günədək etirazlarda 200-dən çox insan ölüb" - İran DİN

Bildirilib ki, ölənlər arasında təhlükəsizlik qüvvələri, silhalı dəstələr, iğtişaşların iştirakçıları, habelə silahlı əks-inqilabçı və separatçı qrupların üzvləri və terror qurbanları da var.
Bir müddət əvvəl İnqilab Keşikçiləri Korpusunun komandanı nümayişlərdə ölənlərin sayının 300-ü keçdiyini açıqlamışdı.
Qeyd edək ki, sentyabrın 16-da İranın əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin düzgün taxılmamış hicaba görə qətlə yetirilməsindən sonra İranda mitinqlər başlanıb. Ölkənin güc strukturları etirazçılara qarşı zorakılıq tətbiq edir, kütləvi şəkildə həbs edir.
Aytən Zəhra
AzVision.az
Teqlər: