Bakıda anadan olan İlya Ştemler koronavirusdan ölüb

   Bakıda anadan olan İlya Ştemler koronavirusdan ölüb
  03 Dekabr 2022    Oxunub:607
Bakıda anadan olmuş Rusiya yazıçısı İlya Ştemler 90 yaşında Sankt-Peterburq şəhərində vəfat edib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, yazıçının koronavirus infeksiyasından (COVID-19) ölüb.

Qeyd edək ki, İlya Ştemler 1933-cü ildə Bakıda, Rus Dram Teatrının əməkdaşı Pyotr Ştemlerin ailəsində anadan olub. O, texniki təhsil alsa da, özünü ədəbiyyata həsr edib. “Qalmaq üçün getmək”, “Taksopark, Univermaq, Arxiv” və başqa əsərlərin müəllifidir.

AzVision.az


Teqlər:





Xəbər lenti