Uşaq qaynar südə düşdü

Uşaq qaynar südə düşdü
  13 May 2014    Oxunub:1054
3 yaşlı uşaq qaynar südlə dolu qazana düşüb.

AzVision.az xəbər verir ki, bu gün gündüz saatlarında Quba rayonunun Afurca kəndində bədbəxt hadisə baş verib.

2011-ci il təvəllüdlü kənd sakini Zeynalov Arzum Vüsal oğlu qaynar südlə dolu qazana yıxılıb. Nəticədə 3 yaşlı Arzum ağır yanıq xəsarətləri alıb.

O, dərhal Quba Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Yaralıya hər iki aşağı ətrafın, qarının ön divarının və bədənin arxa səthinin sarğı nayihələrinin 2-ci, 3-cü dərəcəli termik yanığı diaqnozu qoyulub. İlkin tibbi yardım göstərildikdən sonra xəstə paytaxtda yerləşən tibb müəssisələrindən birinə göndərilib. (Regional TV)


Teqlər:





Xəbər lenti