İranda əhalini etiraza çağıran 9 nəfər tutulub

Rəsmi İRNA agentliyinin məlumatına görə, Fars əyalətinin prokuroru deyib ki, əhalini sosial şəbəkə vasitəsi ilə nümayişə çağıran xariclə əlaqəsi olan 9 nəfər saxlanılıb. Onların xarici dairələrdən təlimat aldığı bildirilir.
Prokurorluq saxlanılan şəxslərdən partlayıcı maddə götürüldüyünü də bildirib.
AzVision.az