Dağıstanın keçmiş rəhbəri vəfat edib

   Dağıstanın keçmiş rəhbəri vəfat edib
  04 Dekabr 2022    Oxunub:631
Dağıstan Dövlət Şurasının keçmiş sədri Maqomedali Maqomedov 92 yaşında vəfat edib.
Bu barədə Dağıstanın hazırkı rəhbəri Sergey Melikov "Telegram" kanalında məlumat verib. Onun ölüm səbəbi açıqlanmır. Qeyd edək ki, Maqomedali Maqomedoviç Maqomedov 1930-cu il iyunun 15-də Dağıstan Muxtar Sovet Sosialist Respublikasının Levaşi kəndində anadan olub.

1987-ci ildə Dağıstan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri, 1994-cü ildə isə Dağıstan Dövlət Şurasının sədri seçilib. 2006-cı ildə prezident Vladimir Putinlə görüşdən sonra o, vaxtından əvvəl istefa verdiyini elan edib.


AzVision.az


Teqlər:





Xəbər lenti