Bu gün 34 dərəcə isti olacaq

Bu gün 34 dərəcə isti olacaq
  13 May 2014    Oxunub:1018
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub-şərq küləyi gecəyə doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, gecə və axşam bəzi dağlıq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, axşama doğru arabir güclənən qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 16-21, gündüz 29-34, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Mayın 13-14-də Abşeron yarımadasında atmosfer təzyiqinin aşağı enməsi,14-də hava şəraitinin küləkli keçməsi bəzi meteohəssas insalarda narahatlıq hissi yarada bilər. Bununla yanaşı komfort temperatur rejimi müsbət amildir.


Teqlər:





Xəbər lenti