Ən iri silah istehsalçılarının ötənilki qazancı - 592 milyard dollar

   Ən iri silah istehsalçılarının ötənilki qazancı -    592 milyard dollar
  05 Dekabr 2022    Oxunub:1768
Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatları İnstitutunun (SIPRI) hesabatına görə, ötən il 100 ən böyük şirkətin qazancı 1,9 faiz artaraq 592 milyard dollara çatıb.
2019-2020-ci il ilə müqayisədə 2020-2021-ci illərdə silah ticarəti daha yüksək artım nümayiş etdirsə də, bütövlükdə onun dinamikası pandemiyadan əvvəlki dövrdən aşağı olub. Reytinqə əvvəlki kimi Amerika şirkətləri başçılıq edir. 2021-ci ildə reytinqdə təmsil olunmuş Amerika şirkətlərinin satdığı silahların ümumi həcmi 299 milyard dollara bərabər olub. İlk yüzlüyə daxil 27 Avropa şirkətinin silah satışının ümumi həcmi 123 milyard dollar olub. Əksər Avropa şirkətləri aerokosmik sənayedə ixtisaslaşıb.

Asiya və Okeaniyadan olan 21 şirkət 2021-ci ildə ümumi satışları əvvəlki ilə nisbətən 5,8% artaraq 136 milyard dollar olmaqla ilk 100-lüyə daxil olub. Bu məbləğin 109 milyard dolları 2021-ci ildə 6,3% artım göstərən səkkiz Çin şirkətinin payına düşür.

İlk 100-lükdə təmsil olunan Cənubi Koreya şirkətlərinin ümumi satışları 2020-ci illə müqayisədə 3,6% artaraq 7,2 milyard dollar təşkil edib. Bu, əsasən “Hanwha Aerospace”dən silahların tədarükü ilə bağlı olub. O, həcmini 7,6% artıraraq 2,6 milyard dollara çatdırıb. Ukraynadakı münaqişə fonunda Polşa ilə böyük sövdələşmə bağlayan bu şirkətin növbəti illərdə satışlarının daha da artacağı gözlənilir.

Dünyanın 100 ən iri hərbi sənaye şirkətinin siyahısında Türkiyəni iki şirkət təmsil edib - “Aselsan” (56-cı yer) və “Turkish Aerospace” (84-cü yer) olub.

AzVision.az

Teqlər:







Xəbər lenti