Lavrov: "Rusiya sülh müqaviləsinin bağlanmasına töhfə vermək niyyətindədir"

      Lavrov:    "Rusiya sülh müqaviləsinin bağlanmasına töhfə vermək niyyətindədir"
  05 Dekabr 2022    Oxunub:641
"Rusiya Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələrinin açılmasına, sərhədlərin delimitasiyasına və sülh müqaviləsinin bağlanmasına töhfə vermək niyyətindədir".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə deyib.

“Biz həm nəqliyyat əlaqələrinin açılmasına, həm sərhədin delimitasiyasına, həm sülh müqaviləsinin bağlanmasına və ümumilikdə, ictimai strukturlar, politoloqlar və parlamentarilər arasında əlaqələrin inkişaf etdirilməsi yolu ilə etimad tədbirlərinin gücləndirilməsinə hərtərəfli töhfə verməkdə maraqlıyıq”, - o bildirib.

O qeyd edib ki, bugünkü görüşün mühüm mövzusu Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 2020-ci ilin noyabr, 2021-ci ilin yanvar-noyabr aylarında əldə edilmiş üçtərəfli sazişlərin və bu ilin oktyabrında Soçi görüşündə imzalanmış sazişlərin icrası məsələsidir:

“Bundan başqa, regionda əməkdaşlıq, Xəzərin dinamikası, ATƏT, MDB və digər proseslər də gündəmdədir”.

AzVision.az





Teqlər:





Xəbər lenti