![]() |
"Qızıl ördəy"i qazananlar - Taliban Qətər stadionlarını necə tikib? |

İndiki halda isə növbəti oyunda Argentinanın Hollandiya ilə üz-üzə gəlməsi, azarkeşlərdə növbəti matç üçün nəzərdə tutulmuş VIP paketlərə böyük tələbat yaradıb. Hazırda premium sinif biletlər ən azı 7500 avro qiymətinə təklif olunur. Hətta bu qiymətə zəngin futbol azarkeşlərinə matçda rahat şəkildə baxmaqdan əlavə stadionda rahat şəkildə xüsusi lojalarda şam yeməyi yeməsinə də zəmanət verilir.
Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatının biletləri ən bahalı biletlər kimi tarixə düşdülər. Rəsmi internet saytında finala olan vəsiqələrin qiyməti orta hesabla 812 dollardır. Müqayisə üçün qeyd edək ki, 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatında Berlin Olimpiya Stadionunda keçirilən həlledici oyunun biletləri hər oturacaq üçün orta hesabla 250 avroya başa gəlirdi.
Tural Tağıyev
AzVision.az