"“3+3” formatında yeni görüş hazırlanır" - Rusiya XİN

   "“3+3” formatında yeni görüş hazırlanır" -    Rusiya XİN
  05 Dekabr 2022    Oxunub:347
"Cənubi Qafqaz üzrə “3+3” formatında yeni görüş hazırlanır, tarix və gündəm razılaşdırılır". Bunu bazar ertəsi Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
“Biz həmçinin məsləhətçi regional platformanın fəaliyyətindən danışdıq. Mən üç Cənubi Qafqaz respublikasını və onların üç qonşusunu - Rusiya, İran, Türkiyəni nəzərdə tuturam.

Bu, vaxtilə Azərbaycan Prezidentinin təşəbbüsü idi və ilk görüş baş tutdu. İndi isə daha bir belə tədbir hazırlayırıq. Konkret tarixləri və gündəliyi razılaşdırırıq”, - deyə o bildirib.

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti