"Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4 milyarda çata bilər" - Lavrov

   "Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4 milyarda çata bilər" -    Lavrov
  05 Dekabr 2022    Oxunub:331
"Bu il Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 3 milyard dolları ötüb və ilin sonunadək rekord həddə - 4 milyard dollara çata bilər".
AzVision.az xəbər verir ki, bunu bazar ertəsi Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

"Rusiya Azərbaycanın aparıcı ticarət tərəfdaşlarından biridir. Bu il artıq iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 20-ci iclası keçirilib.

10 ayı ərzində ticarət dövriyyəsi heyranedici şəkildə artıb - o, 3 milyard dollar həddini keçib və ilin sonuna qədər ticarət həcmlərimiz baxımından rekord 4 milyard dollar gözləyirik”, - deyə Lavrov bildirib.

O qeyd edib ki, Rusiya iqtisadi operatorları da azərbaycanlı həmkarları ilə birgə layihələrdə, o cümlədən Azərbaycan ərazisinin münaqişədən sonra yenidən qurulmasında ən fəal şəkildə iştirak etməyə hazırdırlar.

“Gündəliyə bir sıra iri layihələrin, o cümlədən QAZ yük avtomobillərinin istehsalı, “Rusiya Helikopterləri” servis mərkəzinin inkişafı və bir sıra digərlərinin həyata keçirilməsi daxildir”, - nazir bildirib.

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti