“Cinayətkar qruplaşma üzvünün mənzilində və avtomobilində, habelə federasiyanın ofisində aparılan axtarışlar nəticəsində çoxlu sayda saxta sənədlər, boş şablonlar, habelə cinayət prosesi üçün əhəmiyyət kəsb edən digər məlumatlar aşkar edilərək götürülüb”, - Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin yaydığı məlumatda yazılıb.
Artıq qrup üzvlərindən birinin də həbs edildiyi bildirilir. O da vurğulanır ki, cinayətdə iştirak edən bütün şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, Ermənistanın "Muay Thai" federasiyasının rəhbəri Artak Brutyandır.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ermənistan