Aerodromların vurulması rusların raket zərbələrinə cavabdır?

   Aerodromların vurulması rusların raket zərbələrinə cavabdır?
  06 Dekabr 2022    Oxunub:316
Rusiyanın Engelsdəki və Ryazan yaxınlığındakı strateji aviabazalarında baş verən partlayışların Ukrayna tərəfindən törədilməsi ehtimal edilir. Hər iki aerodrom cəbhə xəttindən xeyli dərində yerləşir.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb. Qeyd edilir ki, Ukrayna bununla Rusiyanın infrastrukturlara qarşı raket zərbələri kampaniyasını pozmağa cəhd edə bilər.

Ölkə dərinliklərində olan aerodromlarda baş verən partlayışlar “Moskvaya qarşı da Ukrayna ərazisindən təhlükələr artıb” deyən Rusiya hərbi blogerləri arasında səs-küy yaradıb.

Tural Tağıyev
AzVision.az

Teqlər: Rusiya   Ukrayna  







Xəbər lenti