Hülusi Akar: "İsveç və Finlandiya öhdəliklərini yerinə yetirməyib"

"İsveç və Finlandiya imzaladıqları öhdəlikləri yerinə yetirməlidir. Bundan sonra Türkiyə parlamenti də öz öhdəliklərini yerinə yetirəcək. Biz İsveç və Finlandiyadakı vəziyyəti diqqətlə izləyirik. Təəssüf hissi ilə qeyd edirik ki, bu ölkələrdə təxribat xarakterli fəaliyyətlər hələ də davam edir. Biz həm İsveçdən, həm də Finlandiyadan konkret addımlar gözləyirik”, - deyə Hülusi Akar vurğulayıb.
Hazırda alyansın 30 üzvündən yalnız ikisi - Macarıstan və Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olmasi barədə protokolu ratifikasiya etməyib. Ankara bunun müqabilində Stokholm və Helsinkidən Türkiyəyə qarşı terror fəaliyyətində iştirak edən kürd fəalların, həmçinin 2016-cı ildə Türkiyədə hərbi çevriliş cəhdində iştirak edən şəxslərin ekstradisiyasını tələb edib. Onların arasında əvvəllər NATO-nun beynəlxalq strukturlarında çalışan, lakin sonradan Finlandiya və İsveçdən sığınacaq alan sabiq türk hərbçiləri də var.
AzVision.az
Teqlər: