Ərdoğan: "Dostlarınıza güc, düşmənlərinizə qorxu verdiniz"

      Ərdoğan:   "Dostlarınıza güc, düşmənlərinizə qorxu verdiniz"
  06 Dekabr 2022    Oxunub:1070
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Qardaş yumruğu" Azərbaycan-Türkiyə birgə təliminin uğurla başa çatması münasibətilə hər iki ordunun şəxsi heyətini təbrik edib.
AzVision.az xəbər verir ki, telefonla edilən təbrikdə Ərdoğan "siz "tək millət, iki dövlət" anlayışı ilə bu təlimi uğurla həyata keçirdiniz. Dostlarınıza güc, düşmənlərinizə qorxu verdiniz" deyə qeyd edib.

Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı general Musa Avsever, Hərbi Dəniz Qüvvələri komandanı Admiral Ərcüment Tatlıoğlu və Hərbi Hava Qüvvələri komandanı general Atilla Gülan birlikdə “Qardaş Yumruğu" Azərbaycan-Türkiyə birgə təliminin “Hörmətli Müşahidəçi Günü”nün fəaliyyətini izləyib.

Azərbaycanın müdafiə naziri Zakir Həsənov ilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığının da iştirak etdiyi təlimin sonunda nazirlər - Hulisi Akar və Zakir Həsənov şəxsi heyətlə görüşüb.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti