Ərdoğan və Əliyev hərbçilərə səsləndi: "Bir-birimizlə ət və sümük kimiyik"

  Ərdoğan və Əliyev hərbçilərə səsləndi:    "Bir-birimizlə ət və sümük kimiyik"
  06 Dekabr 2022    Oxunub:1117
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev "Qardaşl Yumruğu" Azərbaycan -Türkiyə birgə təliminin uğurla başa çatmasından sonra hər iki ölkənin şəxsi heyətinə xitab edib.
Türkiyə Milli müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı ordu generalı Musa Avsever, Hərbi Dəniz Qüvvələri komandanı Admiral Ərcüment Tatlıoğlu və Hərbi Hava Qüvvələri komandanı general Atilla Gülan ilə birlikdə “Qardaşların yumruğu” Azərbaycan-Türkiyə “Fərqli Müşahidəçi” təlimində iştirak edib.

Daha sonra Prezident Ərdoğan milli müdafiə naziri Hulusi Akarın telefonundan, Prezident İlham Əliyev isə müdafiə naziri Zakir Həsənovun telefonundan təlimə qatılan şəxsi heyətə xitab edib.



Ərdoğan bildirib ki çətin hava şəraitinə baxmayaraq, təlimin reallaşdırılması iki ölkə ordusunun daha da güclənməsinə töhfə verəcək:

"Türkiyə-Azərbaycan gələcək üçün daha da güclənərək bu təlimlərlə həmrəylik və əməkdaşlığı davam etdirəcək. Türkiyə olaraq bütün azərbaycanlı qardaşlarımızı ürəkdən sevirik. Sizi ürəkdən qucaqlayırıq. Bu təlim də göstərdi ki, biz bir-birimizlə ət və sümük kimiyik. Bizi heç kim bir-birimizdən ayıra bilməz, Allahın izni ilə də ayıra bilməyəcəklər. Qardaşım İlham Əliyevi göstərdiyi qardaşlıq və sevgiyə görə ürəkdən təbrik edir, gözlərinizdən öpürəm. Sağ olun, var olun".

Prezident İlham Əliyev də Azərbaycan və Türk Silahlı Qüvvələrinin ortaq təliminin uğurla başa çatması münasibətilə hər kəsi təbrik edib: "Bu təlimin adı "Qardaş Yumruğu"dur. Bu Türkiyə-Azərbaycan birliyinin təzahürüdür. Birliyimiz sarsılmazdır, əbədidir. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!".



Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti