"Ya Yunanıstan bir addım geri atar, ya da biz lazım olanı edirik" - Çavuşoğlu
O bildirib ki, 1923-cü ildə Lozanna və Paris müqavilələri ilə Yunanıstana xüsusi şərtlərlə adalar verilib. Həmin qaydalara görə Yunanıstan bu adaları silahlandıra bilməz.
"Yunanıstan bu iki razılaşmanı birbaşa pozur. Biz hüquqi arqumentlərimizi göndərdik. Onlar isə sırf siyasi demaqogiya ehtiva edən, ədalətsiz, qanuni arqumenti olmayan cavablar verdilər.
Yunanıstan bu pozuntudan əl çəkməsə, bu adaların suverenliyi müzakirə olunacaq. Bu barədə susmağımız mümkün deyil. Bu adalar öz hüquqlarının pozulmasına son qoymalıdırlar. Ya Yunanıstan bir addım geri atar, ya da biz lazım olanı edirik. Prezidentimizin “Bir gecə qəfil gələ bilərik” deməsi də buna görədir. Onlara səssiz qala bilmərik. Biz lazımi addımları atacağıq".
Şahanə Rəhimli
AzVision.az
Teqlər: