İrəvanın keçmiş vitse-meri Vahe Nikoyan saxlanılıb. AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidməti məlumat yayıb.
İstintaqın məlumatına görə, Nikoyan 2012-2018-ci illərdə şəhər administrasiyası rəhbərinin müavini vəzifəsini tutarkən vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Şəhərin sanitar təmizlik işləri ilə bağlı 7,6 milyard dollarlıq müəmmalı pul köçürmələri üzə çıxıb.