Nebenza: "Moskva Kiyevlə danışıqlara hazırdır"

      Nebenza:    "Moskva Kiyevlə danışıqlara hazırdır"
  06 Dekabr 2022    Oxunub:378
"Rusiya onu Ukraynada xüsusi hərbi əməliyyat keçirməyə vadar edən səbəbləri aradan qaldırmaq üçün danışıqlara hazır olduğunu təsdiqləyir".
AzVision.az xəbər verir ki, bunu çərşənbə axşamı BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən Rusiya Federasiyasının qurumdakı daimi nümayəndəsi Vasili Nebenzya deyib.

Biz Baş Assambleyada Ukrayna böhranı ilə bağlı müzakirələr zamanı üzv ölkələrin əhəmiyyətli əksəriyyətinin Ukraynadakı vəziyyətin diplomatik yolla nizamlanmasında maraqlı olduğunu görürük. Bu siqnallara ən ciddi şəkildə cavab veririk və danışıqlara hazır olduğumuzu təsdiq edirik. Danışıqların məqsədi bizi Ukraynada xüsusi hərbi əməliyyat keçirməyə vadar edən səbəbləri aradan qaldırmaq olacaq”, - o qeyd edib.

O, həmçinin fikirlərinə onu da əlavə edib ki, “Bu məntiq Qərb ölkələri və Kiyev rejimi istisna olmaqla, demək olar ki, bütün dövlətlər tərəfindən başa düşülür”.
Tural Tağıyev
AzVision.az

Teqlər: Rusiya   Ukrayna  







Xəbər lenti