Çindən dünyaya çağırış: "Kiyevə yardımları artırın"

   Çindən dünyaya çağırış:    "Kiyevə yardımları artırın"
  06 Dekabr 2022    Oxunub:482
Çin beynəlxalq ictimaiyyəti və humanitar təşkilatları qışın başlaması səbəbindən Ukraynaya yardımı artırmağa çağırır. Bunu çərşənbə axşamı BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən Çinin qurumdakı daimi nümayəndəsinin müavini Qenq Şuanq deyib.
"Humanitar yardımı artırmaq lazımdır. Ukrayna xalqını ikiqat problem gözləyir - müharibə və qış. Bu, elektrik enerjisi, istilik, digər təchizat çatışmazlığı, humanitar ehtiyacların kəskin artmasıdır. Beynəlxalq ictimaiyyət və humanitar təşkilatlar kömək etməlidir. Ukrayna qış üçün lazım olan hər şeyi, avadanlıq və istiliklə təmin etməklə, həmçinin qaçqınlar və məcburi köçkünlər kimi həssas qrupların həyati ehtiyaclarını ödəməklə, dağılmış infrastrukturu bərpa edir”, - Çin rəsmisi qeyd edib.

Tural Tağıyev
AzVision.az

Teqlər: Çin   Ukrayna  







Xəbər lenti