İran qayığı ABŞ gəmilərinə təhlükəli məsafədə yaxınlaşıb

   İran qayığı ABŞ gəmilərinə təhlükəli məsafədə yaxınlaşıb
  07 Dekabr 2022    Oxunub:507
Hörmüz boğazında İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”, İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) patrul qayığı ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə təhlükəli məsafədə yaxınlaşıb.
Bunu ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) açıqlayıb. “İslam İnqilabı Keşikçiləri Korpusunun patrul gəmisi dekabrın 5-də axşam saatlarında Hörmüz boğazından keçən ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri ilə təhlükəli və qeyri-peşəkarcasına qarşılıqlı təmasda olub. İran gəmisi projektorun işığını üzərinə tutaraq körpücüyü qamaşdırmağa çalışıb, həmçinin amerikan gəmilərinə 150 yard (137 m – red.) yaxınlaşıb – bu, xüsusilə gecə təhlükəli dərəcədə qısa məsafədir”, - məlumatda bildirilib.

Qeyd olunub ki, ABŞ gəmiləri səsli xəbərdarlıqlar və ölümcül olmayan lazerlərdən istifadə etməklə gərginliyi azaltmağa nail olaraq hərəkətini davam etdiriblər: “İİKK bu hərəkətlərlə dənizdə beynəlxalq peşəkar və təhlükəsiz davranış standartlarını pozub ki, bu da xəta və toqquşma riskini artırıb”.

Eyni zamanda, ABŞ Mərkəzi Komandanlığının sözçüsü, polkovnik Co Buççino vurğulayıb ki, beynəlxalq sulardakı bu təhlükəli hərəkətlər İranın Yaxın Şərqdəki sabitliyi pozma fəaliyyətlərinə dəlalət edir.

AzVision.az



Teqlər:





Xəbər lenti