Xameneinin bacısı: "Qardaşım İran xalqının səsinə qulaq asmır"

B.Hüseyni İranın ali rəhbəri ilə əlaqələri kəsdiyini, əvvəllər insani vəzifəsi olaraq dəfələrlə xalqın səsini ona çatdırdığını da vurğulayıb. O, İslam Respublikası tərəfindən müxtəlif vaxtlarda yeniyetmə və gənclərin öldürülməsi, etirazçıların həbsinə toxunaraq yazıb: “Uşaq itkisi və övladdan ayrılıq hər bir ana üçün böyük kədərdir. Son dörd onillikdə bir çox analar yaxınlarını itiriblər”.
B.Hüseyni Xomeyninin və Xameneinin dövründə İslam Respublikası rejiminin törətdiyi cinayətlər nəticəsində günahsız ölən insanların analarına başsağlığı da verib.
AzVision.az
Teqlər: