İranın kəşfiyyat naziri: "Makron ABŞ kəşfiyyatının girovuna çevrilib"

      İranın kəşfiyyat naziri:    "Makron ABŞ kəşfiyyatının girovuna çevrilib"
  07 Dekabr 2022    Oxunub:910
ABŞ Avropa ölkələrini “girov” götürüb. Avropa ölkələrinin, xüsusən də Fransa və Almaniyanın siyasi kursunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi diktə edir.
AzVision.az xəbər verir ki, bunu İran İslam Respublikasının Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) rəhbəri İsmail Xətib Tehranın əldə etdiyi məlumatlara istinadən deyib.

O qeyd edib ki, Fransanın indiki rəhbərinin siyasi istiqamətini müəyyən etmək üçün artıq ABŞ prezidentinin işə qarışmasına ehtiyac yoxdur.

"İndi bunu Mərkəzi Kəşfiyyat İdarəsindən ikinci dərəcəli informasiya mənbəyi edir. O, Makrona nə deyəcəyini və hansı mövqe tutacağını diktə edir... Amerikalılar praktiki olaraq Avropanı, xüsusən də Fransa və Almaniyanı girov götürdülər”, – IRNA agentliyi Xətibdən sitat gətirib.

Nazir xüsusi olaraq vurğulayıb ki, “Bizim əlimizdə ABŞ-ın Fransa və Almaniyada mövcudluğuna, həmçinin Vaşinqtonun bəiz Fars körfəzi ölkələrinin Avropa ilə münasibətlərini necə idarə etməsinə dair sübutlarımız var”.

İran rəsmisinin sözlərinə görə, Vaşinqton bir sıra Fars körfəzi ölkələrinin Avropadan silah alışı proseslərini də idarə edir. Eyni zamanda bu prosesin miqyasını, ərəb ölkələrinin Avropa liderləri ilə münasibətlərdə davranış xəttini diktə edir.

Kəşfiyyat rəhbəri təəssüflə qeyd edib ki, Avropada “ABŞ-ın bu cür siyasətinə müqavimət göstərə biləcək” liderlər yoxdur.
Tural Tağıyev
AzVision.az



Teqlər: İran   Makron   Fars-Körfəzi   ABŞ  





Xəbər lenti