"Ukraynanın suverenliyinin yeganə təminatçısı yalnız Rusiyadır" - Putin

   "Ukraynanın suverenliyinin yeganə təminatçısı yalnız Rusiyadır" -    Putin
  07 Dekabr 2022    Oxunub:551
"Ukraynanın suverenliyi və ərazi bütövlüyünün yeganə təminatçısı yalnız Rusiya ola bilər".
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının (İHŞ) üzvləri ilə görüşündə deyib.

"Ukraynanın indiki sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin yeganə real təminatçısı İkinci Dünya Müharibəsindən sonra İosif Stalinin qərarı ilə Qərb ərazilərini almağa kömək edən Rusiya ola bilər ".

Qeyd edək ki, Putin daha əvvəl müasir Ukraynanı məhz Rusiyanım yaratdığını bildirmişdi.

Aytən Zəhra
AzVision.az




Teqlər:





Xəbər lenti