Rusiya Donetskə hücum etdi - Ölənlər və yaralılar var

   Rusiya Donetskə hücum etdi -    Ölənlər və yaralılar var
  07 Dekabr 2022    Oxunub:413
Rusiyanın Donetsk vilayətinin Kuraxove şəhərinə hücumu nəticəsində 6 nəfər ölüb, 5 nəfər yaralanıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında paylaşım edib.
“Avtobus dayanacağında, yanacaqdoldurma məntəqələrində və yaşayış binalarında yanğın baş verib. Ən azı 6 mülki şəxs həlak olub, 5 nəfər yaralanıb. Rusiya bunun əvəzini ödəyəcək”,-deyə prezident qeyd edib.

AzVision.az

Teqlər:







Xəbər lenti