Şəmkirdə mikroavtobus mal-qaranı vurub, xəsarət alanlar var

Hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobusunun qarşısına mal-qara çıxıb. Nəticədə mikroavtobus naxırdakı heyvanları vurub. Qəza zamanı "Mercedes Vito" olanlar - 1978-ci il təvəllüdllü Səbinə Məmmədova, 1980-ci il təvəllüdlü Samirə Məmmədova, 1982-ci il təvəllüdlü Gözəl Məmmədova və 2012-ci il təvəllüdlü Məhsəti Süleymanzadə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəzaya düşənlər bir ailənin üzvləridir. (apa)
Teqlər: