Peru prezidentinə cinayət işi açıldı: Üsyanda ittiham olunur

Peru prezidentinə cinayət işi açıldı:    Üsyanda ittiham olunur
  08 Dekabr 2022    Oxunub:303
Perunun Baş Prokurorluğu vəzifəsindən uzaqlaşdırılan prezident Pedro Kastilyoya qarşı iş açıb.AzVision.az xəbər verir ki, bu barədə qurumun mətbut xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, “Milli Prokurorluq Pedro Kastilyoya qarşı prezident olduğu dövrdə dövlətə zərər vurmaqda, hakimiyyətə və konstitusiya quruluşuna qarşı cinayət törətməkdə və üsyan cəhdində şübhəli bilərək ona qarşı iş açmaq barədə qərar qəbul edib”.

“Peru ordusunun komandanı istefa verib”
Qeyd edək ki, dekabrın 7-də Castillo onun impiçmentinə üçüncü dəfə baxmalı olan parlamenti buraxıb. Lakin parlamentarilər yenə də iclasa toplaşaraq prezidentin istefası ilə bağlı qərar qəbul ediblər. Hərbçilər və polis prezidentin qərarına qarşı çıxıb və siyasətçi vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə saxlanılıb. Perunun vitse-prezidenti Dina Boluarte isə artıq Konqresdə dövlət başçısı andını içib.
Tural Tağıyev
AzVision.az

Teqlər:   Peru  







Xəbər lenti