Lukaşenko 8495 məhkumu bağışladı

Lukaşenko    8495    məhkumu bağışladı
  08 Dekabr 2022    Oxunub:345
Belarus prezidenti Aleksandr Lukaşenko parlamentin hər iki palatası tərəfindən qəbul edilmiş amnistiya haqqında qanunu imzalayıb.
AzVision.az
xəbər verir ki, bu barədə dövlət Belarus başçısının mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, Belarus prezidentinin bu nəcib addımı Milli Birlik Günü ilə əlaqədardır.

Qeyd edək ki, bundan öncə Belarusun daxili işlər naziri İvan Kubrakov qanun layihəsinin ümumilikdə 8495 nəfərə şamil olunacağını bəyan etmişdi. Qanunun tətbiqi müddəti isə altı aydır.

Tural Tağıyev
AzVision.az

Teqlər: Lukaşenko  







Xəbər lenti