"Sülh müqaviləsi ilə bağlı iki variant var" - Armen Qriqoryan

   "Sülh müqaviləsi ilə bağlı iki variant var" -    Armen Qriqoryan
  08 Dekabr 2022    Oxunub:448
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mümkün sülh prosesi haqqında danışıb.
AzVision.az xəbər verir ki, o, hazırda Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün iki variantın olduğunu deyib. Parlamentdə jurnalistlərin suallarını cavablandıran İrəvan rəsmisinin sözlərinə görə, bir variantı Moskva, ikinci variantı isə Azərbaycan təklif edib. Sülh danışıqlarının Qərb versiyasına gəlincə, o belə bir təklifin nə Brüssel, nə Vaşinqton, nə də başqa paytaxtdan alınmadığını söyləyib.

"Ermənistan sülh müqaviləsi layihəsinin redaktə edilmiş mətnini tezliklə Azərbaycana təqdim edəcək"
"Qərb danışıqlar üçün atmosfer yaratmağa çalışdı, Moskva da bunu edir. Ermənistan və Azərbaycan sülhə nail olmaq üçün hər şeyi etməlidir", - Qriqoryan qeyd edib.

Qriqoryan vurğulayıb ki, Ermənistan sülh müqaviləsinin mətni üzərində işləməkdə davam edir. Bu, Azərbaycanın təklif etdiyi versiyadır və sənəd tezliklə redaktə olunmuş şəkildə Bakıya təqdim olunacaq.

O, həmçinin İrəvanın ilin sonuna qədər sülh müqaviləsinin bağlanması üçün bütün səylərini əsirgəməyəcəyinə əmin edib.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Sülh   Ermənistan  







Xəbər lenti