Malayziyada 136 milyardlıq yeyinti: Təhqiqat başladı

      Malayziyada 136 milyardlıq yeyinti:    Təhqiqat başladı
  08 Dekabr 2022    Oxunub:359
Malayziyanın korrupsiya əleyhinə komissiyası dövlət xəzinəsindən 136,2 milyard dollar həcmində dövlət vəsaitinin ehtimal edilən israfı ilə bağlı təhqiqata başlayıb.
Təhqiqata ölkənin yeni Baş naziri Ənvər İbrahimin sabiq hökumət başçısı Muhiddin Yasin tərəfindən təsdiq edilən çoxmilyardlı hökumət layihələrinə yenidən baxılacağı ilə bağlı bəyanatı fonunda start verilib. Yeni Baş nazir hesab edir ki, bu layihələrin təsdiqi zamanı lazımi prosedurlara əməl olunmayıb.

Malayziyada noyabr ayında keçirilən ümumi seçkilərdə heç bir partiya parlamentin aşağı palatasında mütləq üstünlük əldə edə bilməyib və koalisiya hökumətinin qurulması zərurəti yaranıb. Lakin tərəflər bu məsələ ilə bağlı razılığa gələ bilməyib. Nəticədə Malayziya kralı Abdullah əvvəllər baş nazirin müavini olmuş Ənvər İbrahimi hökumət başçısı təyin edib.

Ənvər İbrahim hökumət xərclərinə qənaət etmək məqsədilə nazirlərinin sayını azaldacağını və maaşlarını aşağı salacağını bildirib. O, həmçinin “Mercedes S600” markalı xidməti avtomobilindən imtina edib.

AzVision.az

Teqlər:







Xəbər lenti