Times of Israel: “İran Rusiyaya yüzlərlə raket və PUA satmaq niyyətindədir”

      Times of Israel:    “İran Rusiyaya yüzlərlə raket və PUA satmaq niyyətindədir”
  08 Dekabr 2022    Oxunub:388
ABŞ hakimiyyəti hesab edir ki, Rusiya Ukraynadakı münaqişə zamanı istifadə üçün İrandan pilotsuz uçuş aparatlarının (PUA) alışını artırıb.
AzVision.az xəbər verir ki, bu barədə “The Times of Israel” ABŞ Milli Təhlükəsizlik Şurasındakı mənbəyə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Vaşinqtonda xüsusi qorxu var ki, Moskva Tehrandan “yer-yer” tipli raketlər ala bilər. Öz növbəsində BMT diplomatı bildirib ki, İran Təhlükəsizlik Şurasının 2015-ci il qətnaməsindən yan keçərək Rusiya Federasiyasına yüzlərlə raket və pilotsuz təyyarə satmaq niyyətindədir.

BMT hesab edir ki, belə bir razılaşma Rusiya və İran arasında müdafiə sahəsində əməkdaşlığın yeni səviyyəyə qalxmasına imkan verəcək.


AzVision.az

Teqlər:







Xəbər lenti