Macarıstan Rusiya əleyhinə yeni sanksiyalar paketinə qarşı çıxıb

Macarıstan Rusiya əleyhinə yeni sanksiyalar paketinə qarşı çıxıb
  08 Dekabr 2022    Oxunub:559
Macarıstan dekabrın 7-də Avropa İttifaqı ölkələrinin daimi nümayəndələrinin iclasında Rusiya əleyhinə yeni məhdudiyyətlər paketinin tətbiqinə qarşı çıxıb.
AzVision.az -ın məlumatına görə, bu barədə “Financial Times” qəzeti yüksək rütbəli diplomatlara istinadən xəbər verir. Macarıstan hakimiyyəti Ukrayna və digər ölkələrə silah tədarükünü maliyyələşdirən Avropa İttifaqı fondunun həcminin artırılması təklifini də tənqid edib.

Diplomatlardan biri qeyd edib ki, Macarıstan nümayəndələri bacardıqları yerdə problem yaradırlar. Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban Rusiya qazına qarşı sanksiyaların tətbiq edilməsini ölkə üçün fəlakətli nəticələri olacağını bildirmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti