Moskvada məşhur ticarət mərkəzi yanıb

Moskvada məşhur ticarət mərkəzi yanıb
  09 Dekabr 2022    Oxunub:584
Rusiyada ticarət mərkəzi yanıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media Rusiya Fövqəladə Hallar Xidmətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, “Meqa Ximki” ticarət mərkəzində baş verən yanğın 7 min kvadratmetr sahədə lokallaşdırılıb.

Fövqəladə Hallar Xidmətinin yaydığı məlumatda Moskva ətrafında yerləşən ticarət mərkəzində baş verən yanğına ilkin səbəb kimi kiçik alovlanma göstərilib. Hələlik bir nəfərin öldüyü açıqlanıb. O, mühafizəçi olub.

Tural Tağıyev
AzVision.az



Teqlər: Moskva  





Xəbər lenti