WSJ: "ABŞ Rusiya və Çinə qarşı sanksiyalar tətbiq edəcək"

     WSJ:    "ABŞ Rusiya və Çinə qarşı sanksiyalar tətbiq edəcək"
  09 Dekabr 2022    Oxunub:633
ABŞ cümə günü Rusiya və Çinə qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb. Nəşr ölkə rəsmilərinə istinad edib. Qeyd edilir ki, bu ölkələrdə insan hüquqlarının pozulması, habelə Pekinin Sakit okeanda qanunsuz balıq ovuna dəstəyi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər nəzərdə tutulub.

Qəzetin yazdığına görə, sanksiyaların əksəriyyəti Maqnitski qanununa uyğun olaraq həyata keçiriləcək. Sanksiya siyahısına ABŞ tərəfindən xüsusən də korrupsiya və insan haqlarının pozulmasında ittiham olunanlar daxil ediləcək. Rəsmi mənbələrin məlumatına görə, Vaşinqton sanksiyalara məruz qalan yüksək rütbəli rus məmurlarının aktivlərini donduracaq. Onların ABŞ-a girişi və istənilən işgüzar əlaqələri də qadağan ediləcək.

Mənbələr onu da əlavə ediblər ki, Rusiyanın bir sıra müdafiə sənayesi müəssisələrinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq oluna bilər. WSJ-nin məlumatına görə Sakit okeanda qeyri-qanuni balıqçılıqla məşğul olan 170 Çin təşkilatı sanksiyalara məruz qalacaq.
Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ   Sanksiya  





Xəbər lenti