"“Mercedes”im işə düşmürdü, piyada gəldim" - Lukaşenko

   "“Mercedes”im işə düşmürdü, piyada gəldim" -    Lukaşenko
  09 Dekabr 2022    Oxunub:1913
Qırğızıstanın paytaxtı Bişkekdə Avrasiya İqtisadi İttifaqının sammiti işə başlayıb. Dövlət başçıları səviyyəsində dar tərkibdə keçirilən görüşü Qırğızıstan Prezidenti Sadır Japarov açıb.
Görüşdə Belarus Prezidenti Aleksand Lukaşenko da iştirak edir. Sammitin keçirildiyi Ala-Arça dövlət iqamətgahında Lukaşenko ilə Sadır Japarov arasında maraqlı dialoq olub.

Lukaşenko onu qarşılayan qırğız həmkarına“Gecikməmişəm ki? “Mercedes” işə düşmürdü, piyada gəldim”, -deyib.

Qeyd edək ki, sammitin gündəliyi 17 məsələdən ibarətdir. Sənaye əməkdaşlığı məsələləri, ümumi bazarların formalaşdırılması və daxili maneələrin aradan qaldırılması üzrə işlər dövlət başçıları tərəfindən dar tərkibdə müzakirə olunacaq.


Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti