AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın tanınmış qəzetlərindən olan
"Hraparak" məlumat yayıb. Yazıda qeyd edilir ki, Qarabağda yaşayan ermənilərin bütün ümidləri Rusiya sülhməramlıları ilə bağlıdır. Guya rus əsgəri bölgədən getsə, erməni azlıqlar da onlarla birlikdə Qarabağdan çıxacaq. Bu baxımdan sülhməramlılar Qarabağda uzun müddət məskunlaşmalı və bölgədən çıxmağı düşünməməlidirlər.
Bundan başqa, "Hraparak" daha da irəli gedərək yazır ki, düzdür, 10 noyabr bəyanatına əsasən, sülhməramlıların gələcəkdə bölgədə varlığı Ermənistan və Azərbaycanın istəyindən asılı olmalıdır, amma bu sənəd dəfələrlə pozulduğu üçün artıq keçərli deyil: "Sülhməramlıların indi bölgədə davamlı qalması yalnız Rusiyanın, Xankəndinin və bir az da Ermənistanın iradəsindən asılıdır".
Qeyd edək ki, dünyanın heç bir bölgəsində sülhməramlı kontingentdə xidmət aparan hərbçilərin yaxınları üçün hərbi şəhərçik və s. qurulmur. Çünki sülhməramlı missiya hansısa daimi hərbi baza deyil, müvəqqəti xidmətdir.
Tural Tağıyev
AzVision.az