"Qərb Ukrayna xalqından qurbanlıq qoyun kimi istifadə edir" - Putin

   "Qərb Ukrayna xalqından qurbanlıq qoyun kimi istifadə edir" -    Putin
  09 Dekabr 2022    Oxunub:406
"Qərb dövlətləri Ukraynanı müstəmləkəyə çevirib, Ukrayna xalqından Rusiyaya qarşı qurbanlıq qoyun kimi istifadə edirlər".
Bunu Rusiya prezidenti Vladimir Putin cümə günü ŞƏT və MDB-yə üzv dövlətlərin müdafiə nazirlərinin rəhbərlərinin iclasının iştirakçılarına videomüraciətində deyib.

"“Bir neçə ildir ki, Qərb həyasızcasına Ukraynanın resurslarını mənimsədi və istismar etdi. Donbassda soyqırımı və terrora təşviq etdi. Faktiki olaraq bu ölkəni müstəmləkəyə çevirdi və indi Ukrayna xalqından rüsvayçılıqla Rusiyaya qarşı vuruşan qurbanlıq qoyun kimi istifadə edir.

Onu silah və sursatla təmin etməyə davam edir, muzdlular göndərir. Beləliklə, onu intihar yoluna sövq edir”, - Rusiya lideri bildirib.

Putin qeyd edib ki, müasir Ukraynada baş verən hadisələr ABŞ-ın nəyin bahasına olursa-olsun dünyada öz hökmranlığını saxlamaq istəyinin dəhşətli nəticələrini əks etdirir.

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti