Rusiya İrandan yeni PUA-lar alıb

   Rusiya İrandan yeni PUA-lar alıb
  09 Dekabr 2022    Oxunub:813
“Rusiya Ukrayna ərazisinə hücumlarda İran istehsalı PUA-ların yeni partiyasından istifadə edə bilər”.
Bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında deyilir. Qeyd olunur ki, Rusiya tərəfindən son üç həftə ərzində ilk dəfə Ukrayna ərazisinə İran istehsalı pilotsuz uçuş aparatlarından hücumlarla bağlı məlumatlar yayılıb.

Kəşfiyyat qeyd edir ki, məlumat hələ təsdiqlənməyib, lakin çox güman ki, Rusiya bir neçə yüz “Shahed-131” və “Shahed-136”dan ibarət əvvəlki ehtiyatını tükədib, indi isə əlavə partiya dron alıb.

AzVision.az


Teqlər:





Xəbər lenti