Kanada 33 rusiyalı məmuru "qara siyahı"ya saldı

Kanada 33 rusiyalı məmuru "qara siyahı"ya saldı
  09 Dekabr 2022    Oxunub:793
Kanada insan hüquqlarının pozulmasına görə Rusiya, İran və Myanmaya qarşı sanksiyalar tətbiq edib.
Bu barədə Kanadanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Sanksiyalara Ukraynaya hərbi təcavüzün əleyhinə olan rusiyalılara qarşı insan hüquqlarının sistematik pozulmasında ittiham olunan Rusiyanın 33 yüksək vəzifəli məmuru və altı təşkilatı daxil edilib.

Kanada, eyni zamanda, İranda 22 nəfərə, o cümlədən məhkəmə və penitensiar sistemlərin yüksək vəzifəli şəxslərinə, hüquq-mühafizə orqanlarının və dövlət mediasının bəzi xadimlərinə, həmçinin İran İslam Respublikasının ali dini lideri Əli Xameneyinin müşavirləri də daxil olmaqla, siyasi dairələrin bir sıra nümayəndələrinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

AzVision.az


Teqlər:





Xəbər lenti