İsrail prezidenti Netanyahuya 10 gün vaxt verdi

   İsrail prezidenti Netanyahuya 10 gün vaxt verdi
  09 Dekabr 2022    Oxunub:610
İsrail prezidenti İsxak Hersoq "Likud" partiyasının lideri Benyamin Netanyahuya yeni hökuməti qurmaq üçün verilən müddəti 10 gün uzadıb. Bu barədə “Jerusalem Post” məlumat yayıb.
Qeyd edək ki, dekabrın 9-da baş nazir postuna namizəd Benyamin Netanyahu mandatının iki həftə uzadılmasını istəyib.

Noyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində partiyası birinci yeri qazanan Netanyahu bu mandatı noyabrın 13-də prezidentdən alıb. Ona verilən mandat dekabrın 11-də başa çatıb. Əgər əlavə 10 gün ərzində də hökuməti formalaşdıra və parlamentdə onun tərkibini təsdiq edə bilməsə, prezident bu işi başqa namizədə həvalə edə bilər.

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti