Bayden Buta ABŞ-a gəlməyi qadağan etdi

Bayden Buta ABŞ-a gəlməyi qadağan etdi
  09 Dekabr 2022    Oxunub:679
ABŞ prezidenti Co Bayden rusiyalı biznesmen Viktor Butu əfv edən fərmanla ona ABŞ-a qayıtmağı, habelə həyatı ilə bağlı bədii və ya digər əsərlərdən gəlir əldə etməyi qadağan edib. Bu barədə ABŞ Ədliyyə Nazirliyinin dərc etdiyi prezident fərmanında deyilir.
"Viktor But ölkədən könüllü və ya məcburi şəkildə çıxarıldıqdan sonra Birləşmiş Ştatlara qayıtmamalıdır", - fərmanda bildirilir.

Qeyd edək ki, Viktor But ABŞ vətəndaşlarını öldürmək planı hazırlamaqda və terrora maddi dəstək verməkdə ittiham olunaraq ABŞ-da 25 il həbs cəzası almışdı. Cümə axşamı o, amerikalı basketbolçu Britni Qrinerlə təqribən 15 il həbs yatdıqdan sonra dəyişdirilib.

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti