Bir qrup rusiyalı diplomat ABŞ-ı tərk edəcək

  Bir qrup rusiyalı diplomat ABŞ-ı tərk edəcək
  09 Dekabr 2022    Oxunub:1083
Bir qrup rusiyalı diplomat yanvarın əvvəlində ABŞ-ı tərk edəcək. Bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov məlumat verib.
"Amerikalılar Rusiyanın ABŞ-dakı diplomatik mövcudluğunu azaltmaq siyasətini davam etdirirlər", - diplomat bildirib.

Antonovun sözlərinə görə, daha 30 nəfər Rusiya səfirliyini tərk edəcək. Səfir əlavə edib ki, onlar Dövlət Departamentinin viza məhdudiyyətləri səbəbindən ABŞ-dan getmək məcburiyyətində qalıblar.

Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “Valday” Diskussiya Klubunun sessiyasında ABŞ-ın rusiyalı diplomatların kütləvi şəkildə çıxarılması təşəbbüsü ilə çıxış edə biləcəyini bildirmişdi.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti